Sadə yerdəyişmə şifrələməsi
Ümumi məlumat.
Kriptoqrafiya-
Kriptologiyanın əsas bölməsi olub yunan mənşəli sözlərin birləşməsindən əmələ gəlmişdir:
“Kryptos”- gizli, “Graphos”- yazı deməkdir. Demək, kriptoqrafiya “Gizli mətn”-
mənasını verir. Kriptoqrafiyanın predmeti informasiyanın yad əllərə keçməməsi,
dağılmağa və dəyişdirilməyə məruz qalmaması və s. bu kimi hadisələrin baş verməməsi
üçün aparılan informasiya çevirmələridir. Bu informasiya çevirmələrinə ümumi
olaraq “Şifrələmə” deyilir. Şifrələnən məlumatın yenidən oxuna bilməsi üçün
“Deşifrələmə” əməliyyatı icra edilir. Şifrələmədə “kriptoqrafik alqoritm” və
“açar ” terminləri mövcuddur. İnformasiyanın şifrələnməsi müəyyən kriptoqrafik alqoritm əsasında aparılır. Belə
alqoritmlərin tətbiqi ilə şifrələmə üsulları meydana gəlmişdir. İnformasiyanın
və ya məlumatın formasından, xüsusiyyətlərindən
asılı olaraq müəyyən şifrələmə üsulu seçilir. Açar- məlumatı şifrələyən tərəfindən
seçilmiş simvollar toplusudur. Açar məxfi və açıq olmaqla iki cür olur. Açarın
istifadəsinə görə kriptoqrafik sistemlər iki növ olur: Simmetrik və Asimmetrik.
Simmetrik sistemlərdə həm şifrələmə həm də deşifrələmə yeganə açarla aparılır
(açıq açar). Asimmetrik sistemlərdə şifrələmə açıq açarla, deşifrələmə isə məxfi
açarla aparılır.
Şifrələmə üsulları bunlardır: Yerdəyişmə,
Əvəzetmə, Sürüşdürmə. Bu materialda Yerdəyişmə üsulunu nəzərdən keçirəcəyik.
Yerdəyişmə
üsulu.
Yerdəyişmə üsulunda, ilkin məlumatı təşkil
edən simvolların yerini müəyyən bir
qayda (seçilmiş alqoritm) əsasında dəyişdirməklə yeni simvollar yığımı alınır. Bu yığım şifrələnmiş
məlumat adlanır. Seçilmiş alqoritmdən
asılı olaraq, yerdəyişmə üsulunun bir neçə forması vardır: Sadə yerdəyişmə,
birqat yerdəyişmə, ikiqat yerdəyişmə.
Sadə yerdəyişmə alqoritmi. Bu
alqoritmin tətbiqi üçün əvvəlcə şifrələmə cədvəli tərtib olunur. Sonra ilkin məlumat
bu cədvələ sütunlar üzrə yazılır. Məlumat sətrlər üzrə seçilərək oxunur. Şifrələmə
cədvəlinin tərkibinə cədvəlin ölçüsü və məlumat daxildir. Burada açar olaraq cədvəlin
ölçüsü götürülür. Aşağıdakı
informasiyanın sadə yerdəyişmə
alqoritmindən istifadə etməklə
şifrələnməsini nəzərdən keçirək. Məlumat
olaraq, “Bu sadə yerdəyişmə şifrələməsidir” cümləsini götürsək cədvəlimiz
aşağıdakı kimi olacaqdır:
B
|
U
|
S
|
A
|
D
|
Ə
|
Y
|
E
|
R
|
D
|
Ə
|
Y
|
İ
|
Ş
|
M
|
Ə
|
Ş
|
İ
|
F
|
R
|
Ə
|
L
|
Ə
|
M
|
Ə
|
S
|
İ
|
D
|
İ
|
R
|
İndi sətirlər üzrə məlumatı oxuyub yazsaq
aşağıdakı simvollar yığımını alarıq:
BYİFƏ_UEŞRS_SRMƏİ_ADƏLD_DƏŞƏİ_ƏYİMR
Bu nümunədə açar 5-dir,
çünki cədvəlin sətirlərinin sayı 5-ə bərabərdir.
İndi isə şifrələnmiş məlumatımızın deşifrələnməklə yenidən oxunması əməliyyatını yerinə yetirək. Bunun üçün əvvəlcə
cədvəlimizi yenidən tərtib etməliyik. Cədvəlin sətirlərinin
sayını məlumatın hər bir blokunda olan
simvolların sayına, sütunlarının sayını isə blokların sayına
ərabər götürməliyik. Bizim nümunədə
simvolların sayı 5, blokların sayı isə 6-dır. Sonra şifrələnmiş məlumatımızı cədvələ
sətirlər üzrə yazıb, sütunlar üzrə
oxuyuruq:
B
|
U
|
S
|
A
|
D
|
Ə
|
Y
|
E
|
R
|
D
|
Ə
|
Y
|
İ
|
Ş
|
M
|
Ə
|
Ş
|
İ
|
F
|
R
|
Ə
|
L
|
Ə
|
M
|
Ə
|
S
|
İ
|
D
|
İ
|
R
|
Sadə yerdəyişmə alqoritminə əsasən şifrələnən
məlumatların təhlükəsizliyi zəif olur, ona görə də daha mürəkkəb alqoritmlərindən
istifadə olunur. Məsələn birqat yerdəyişmə, ikiqat yerdəyişmə alqoritmləri.