8 Aralık 2012 Cumartesi

Kriptoqrafiya


Sadə yerdəyişmə şifrələməsi

Ümumi məlumat.

      Kriptoqrafiya- Kriptologiyanın əsas bölməsi olub yunan mənşəli sözlərin birləşməsindən əmələ gəlmişdir: “Kryptos”- gizli, “Graphos”- yazı deməkdir. Demək, kriptoqrafiya “Gizli mətn”- mənasını verir. Kriptoqrafiyanın predmeti informasiyanın yad əllərə keçməməsi, dağılmağa və dəyişdirilməyə məruz qalmaması və s. bu kimi hadisələrin baş verməməsi üçün aparılan informasiya çevirmələridir. Bu informasiya çevirmələrinə ümumi olaraq “Şifrələmə” deyilir. Şifrələnən məlumatın yenidən oxuna bilməsi üçün “Deşifrələmə” əməliyyatı icra edilir. Şifrələmədə “kriptoqrafik alqoritm” və “açar ” terminləri mövcuddur. İnformasiyanın şifrələnməsi müəyyən  kriptoqrafik alqoritm əsasında aparılır. Belə alqoritmlərin tətbiqi ilə şifrələmə üsulları meydana gəlmişdir. İnformasiyanın və ya  məlumatın formasından, xüsusiyyətlərindən asılı olaraq müəyyən şifrələmə üsulu seçilir. Açar- məlumatı şifrələyən tərəfindən seçilmiş simvollar toplusudur. Açar məxfi və açıq olmaqla iki cür olur. Açarın istifadəsinə görə kriptoqrafik sistemlər iki növ olur: Simmetrik və Asimmetrik. Simmetrik sistemlərdə həm şifrələmə həm də deşifrələmə yeganə açarla aparılır (açıq açar). Asimmetrik sistemlərdə şifrələmə açıq açarla, deşifrələmə isə məxfi açarla aparılır.
     Şifrələmə üsulları bunlardır: Yerdəyişmə, Əvəzetmə, Sürüşdürmə. Bu materialda Yerdəyişmə üsulunu nəzərdən keçirəcəyik.

Yerdəyişmə üsulu.

     Yerdəyişmə üsulunda, ilkin məlumatı təşkil edən simvolların yerini müəyyən  bir qayda (seçilmiş alqoritm) əsasında dəyişdirməklə  yeni simvollar yığımı alınır. Bu yığım şifrələnmiş məlumat  adlanır. Seçilmiş alqoritmdən asılı olaraq, yerdəyişmə üsulunun bir neçə forması vardır: Sadə yerdəyişmə, birqat yerdəyişmə, ikiqat yerdəyişmə.
     Sadə yerdəyişmə alqoritmi. Bu alqoritmin tətbiqi üçün əvvəlcə şifrələmə cədvəli tərtib olunur. Sonra ilkin məlumat bu cədvələ sütunlar üzrə yazılır. Məlumat sətrlər üzrə seçilərək oxunur. Şifrələmə cədvəlinin tərkibinə cədvəlin ölçüsü və məlumat daxildir. Burada açar olaraq cədvəlin ölçüsü götürülür. Aşağıdakı  informasiyanın sadə yerdəyişmə  alqoritmindən  istifadə etməklə şifrələnməsini  nəzərdən keçirək. Məlumat olaraq, “Bu sadə yerdəyişmə şifrələməsidir” cümləsini götürsək cədvəlimiz aşağıdakı kimi olacaqdır:

B
U
S
A
D
Ə
Y
E
R
D
Ə
Y
İ
Ş
M
Ə
Ş
İ
F
R
Ə
L
Ə
M
Ə
S
İ
D
İ
R


     İndi sətirlər üzrə məlumatı oxuyub yazsaq aşağıdakı simvollar yığımını alarıq:
                
BYİFƏ_UEŞRS_SRMƏİ_ADƏLD_DƏŞƏİ_ƏYİMR

Bu nümunədə açar 5-dir, çünki cədvəlin sətirlərinin sayı 5-ə bərabərdir.
     İndi isə şifrələnmiş məlumatımızın  deşifrələnməklə  yenidən oxunması  əməliyyatını yerinə yetirək. Bunun üçün əvvəlcə cədvəlimizi  yenidən  tərtib etməliyik. Cədvəlin sətirlərinin sayını  məlumatın hər bir blokunda olan simvolların sayına, sütunlarının sayını isə blokların  sayına  ərabər  götürməliyik. Bizim nümunədə simvolların sayı 5, blokların sayı isə 6-dır. Sonra şifrələnmiş məlumatımızı cədvələ sətirlər üzrə  yazıb, sütunlar üzrə oxuyuruq:
B
U
S
A
D
Ə
Y
E
R
D
Ə
Y
İ
Ş
M
Ə
Ş
İ
F
R
Ə
L
Ə
M
Ə
S
İ
D
İ
R
                            

     Sadə yerdəyişmə alqoritminə əsasən şifrələnən məlumatların təhlükəsizliyi zəif olur, ona görə də daha mürəkkəb alqoritmlərindən istifadə olunur. Məsələn birqat yerdəyişmə, ikiqat yerdəyişmə alqoritmləri.

Hiç yorum yok:

Yorum Gönder